Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb

Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb
# 04 fevral 2013 14:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Ötən ay Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 146,450 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin yanvar ayı ilə müqayisədə 6,4 dəfə azdır.


BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 30,5% azalaraq 17,797 mln. manata çatıb. Korporativ istiqrazların ilkin bazarında 4 əqd üzrə 8,415 mln. manatlıq yerləşdirmə qeydə alınıb, istiqrazların təkrar bazarında isə 11 əqd üzrə 7,631 mln. manatlıq əqdlər bağlanılıb ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə istiqrazların ilkin bazarı 32% artıb, təkrar bazarı isə 2,1 dəfə azalıb.

 

Səhm bazarına gəldikdə isə, 2012-ci ildə bu növ kağızlar üzrə qeydə alınan əqdlərin həcmi 1,752 mln. manat təşkil edib və 2012-ci ilin yanvarına nisbətən 1,9 dəfə azalıb. Səhmlərin ilkin bazarı 2,2 dəfə azalıb, təkrar bazarı isə 3,1 dəfə artıb.

 

Ötən ay ərzində dövlət qiymətli kağızları bazarının həcmi 7,1 dəfə azalıb. Azərbaycan Mərkəzi Bankının notları üzrə qeydə alınan əqdlərin həcmi hesabat ayında 8,4% azalaraq 80 mln. manata çatıb, o cümlədən notların ilkin bazarı 2,1 dəfə azalıb, təkrar bazarı isə 16 dəfə artıb.

 

Qeyd edək ki, 2013-cü ilin yanvarında dövlət qiymətli kağızlar (DQK) bazarında əqdlər aparılmayıb, repo-əməliyyatlarının həcmi isə illik müqayisədə 17 dəfə azalaraq 48,756 mln. manat təşkil edib.

  

Bazarın seqmentləri

Yanvar, 2013

Yanvar, 2012

Nisbət,%

Əqdlərin

həcmi, AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi, AZN

Əqdlərin

sayı

Dİ (AMN)

(yerləşdirmə)

0,00

0

0,00

0

-

Dİ (AMN)

(təkrar bazar)

0,00

0

0,00

0

-

Notlar (AMB)

(yerləşdirmə)

39 947 772,90

13

84 836 613,35

22

- 2,1 dəfə

Notlar (AMB)

(təkrar bazar)

39 949 480,00

3

2 495 727,50

1

16 dəfə

Repo əməliyyatları

48 755 781,81

6

827 112 619,77

127

- 17 dəfə

DQK bazarı cəmi

128 653 034,71

22

914 444 960,62

150

- 7,1 dəfə

Korporativ istiqrazlar (yerləşdirmə)

8 414 500,00

4

6 374 836,00

3

32,0%

Korporativ istiqrazlar

(təkrar bazar)

7 630 682,51

11

15 863 469,80

7

- 2,1 dəfə

Səhmlər (yerləşdirmə)

1 500 000,00

5

3 303 000,00

8

2,2 dəfə

Səhmlər

(təkrar bazar)

251 601,04

322

82 092,88

107

3,1 dəfə

KQK bazarı cəmi

17 796 783,55

342

25 623 398,68

125

- 30,5%

Cəmi

146 449 818,26

364

940 068 359,30

275

- 6,4 dəfə

 

Dİ – dövlət  istiqrazları;

AMN – Azərbaycan Maliyyə Nazirliyi;

AMB – Azərbaycan Mərkəzi Bankı;

DQK – dövlət qiymətli kağızları;

KQK – korporativ qiymətli kağızlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR