Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb

Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb
# 09 oktyabr 2013 11:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 5,265 mlrd. manat təşkil edib ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 33,4% azdır.

 

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarının həcmi 38,1% artaraq 879,5 mln. manat təşkil edib. Korporativ istiqrazların ilkin bazarının həcmi hesabat dövründə 2,2 dəfə artaraq 83,6 mln. manat, təkrar bazarın həcmi isə 80,0% artaraq 458,4 mln. manat təşkil edib. Səhm bazarına gəldikdə isə, hesabat dövründə səhmlərin ilkin bazarı 3,7% azalıb, təkrar bazarı isə 61,8% artıb.

 

Bu ilin 9 ayında BFB-nin dövriyyəsinin mənfi dinamikasına dövlət qiymətli kağızları (DQK) bazarı, əsasən də notlar üzrə repo əməliyyatları və notların ilkin bazarı səbəb olub. Belə ki, Azərbaycan Mərkəzi Bankının notlarının ilkin bazarının həcmi 2012-ci ilin analoji dövrünə nisbətən 3,1 dəfə azalıb. Notların təkrar bazarı isə 3,5 dəfə artıb. Eyni zamanda, hesabat dövründə notlar üzrə repo əməliyyatları 37,4% azalaraq 4,021 mln. manat təşkil edib.

 

Yanvar-sentyabr aylarında dövlət istiqrazlarının (Dİ) ilkin bazarı 20,7% azalaraq 67,8 mln. manat, təkrar bazarı isə 36,4% artaraq 18 mln. manat təşkil edib. Ümumiyyətlə, hesabat dövründə DQK bazarı hesabat dövründə 39,4% azalaraq 4,4 mlrd. manat olub.

 

BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

 

Bazarın seqmentləri

Yanvar-sentyabr, 2013

Yanvar-sentyabr, 2012

Nisbət

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Dİ (AMN)-  (yerləşdirmə)

67 803 079,68

39

85 499 742,91

40

-20,7%

Dİ (AMN)-

(təkrar bazar)

17 968 727,52

5

13 172 810,52

11

+36,4%

Notlar (AMB)-  (yerləşdirmə)

234 883 949,58

88

726 919 777,85

181

-3,1 dəfə

Notlar (AMB)-

(təkrar bazar)

43 955 612,02

4

12 486 939,02

8

3,5 dəfə

Repo əməliyyatları

4 021 159 940,18

405

6 427 796 914,56

866

-37,4%

DQK bazarı cəmi

4 385 771 308,98

541

7 265 876 184,86

1 106

-39,4%

Korporativ istiqrazlar- (yerləşdirmə)

83 565 524,60

63

37 341 335,00

66

+2,2 dəfə

Korporativ istiqrazlar- (təkrar bazar)

458 372 663,64

146

254 714 022,50

93

+80,0%

Səhmlər-  (yerləşdirmə)

323 261 199,69

278

335 788 218,23

122

-3,7%

Səhmlər- (təkrar bazar)

14 259 629,78

2 765

8 812 679,22

2 589

+61,8%

KQK bazarı cəmi

879 459 017,71

3 252

636 656 254,95

2 870

+38,1%

Cəmi

5 265 230 326,69

3 793

7 902 532 439,81

3 976

-33,3%

 

Dİ – dövlət istiqrazları;

AMN – Azərbaycan Maliyyə Nazirliyi;

AMB – Azərbaycan Mərkəzi Bankı;

DQK – dövlət qiymətli kağızları;

KQK – korporativ qiymətli kağızlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR