Bakı. Şamil Əlibəyli – APA-Economics. Bu gün Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC) Avropa və Xəzər-Qara dəniz regionu ölkələrinin səfirlərinin iştirakı ilə “Xəzər-Avropa dialoqu” mövzusunda tədbir keçirib.
“APA-Economics”in məlumatına görə, tədbirə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia sədrlik edib.
Tədbirdə çıxış edən səfirlər təmsil etdiyi ölkələrin Azərbaycanla əməkdaşlığı, onun perspektivləri, göstəriciləri və öz ölkələrinin imkanları barədə qonaqlara məlumat veriblər. Çıxışlardan sonra qonaqlar onları maraqlandıran suallara cavab alıblar.
Ardınca səfirlərə fəxri klub üzvlüyü sertifikatları, www.zquiz.net saytında keçirilən “Film, film, film” viktorinasının qaliblərinə isə dəyərli hədiyyələr təqdim olunub.