Bank Of Baku

Bakıda Azərbaycan-Tacikistan hökumətlərarası komissiyasının iclası keçirilib - FOTO

Bakıda Azərbaycan-Tacikistan hökumətlərarası komissiyasının iclası keçirilib - <span style="color: red;">FOTO
# 03 sentyabr 2013 13:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Azərbaycan-Tacikistan ticarət və iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyasının II iclası keçirilib. «APA-Economics»in məlumatına görə, bu məqsədlə Tacikistanın meliorasiya və su təsərrüfatı naziri Rəhmət Bobokalonovun rəhbərlik verdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

 

Komissiyanın iclasından əvvəl Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev tacikistanlı nazirlə görüşüb. Görüşdə Azərbaycan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin genişlənməsinin əhəmiyyəti vurğulanıb. Ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub.

 

Hökumətlərarası komissiyanın iclasında hər iki tərəfdən bir sıra dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Toplantıda bildirilib ki, iki ölkə arasında bu günə qədər 40-a yaxın sənəd imzalanıb. Bundan başqa, Azərbaycan məhsullarının Tacikistan bazarına çıxarılmasının əhəmiyyəti qeyd olunub.

 

Komitənin iclasında iki ölkə arasında iqtisadi, ticari, investisiya qoyuluşu, tikinti, kənd təsərrüfatı, İKT, mədəniyyət və turizm, meliorasiya və s. sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub. İclasın sonunda Azərbaycan-Tacikistan iqtisadi komissiyanın ikinci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Azərbaycan tərəfindən Ş.Mustafayev, Tacikistan tərəfindən isə R.Bobokalonov imzalayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR