Bank Of Baku

Bakıda Azərbaycanın sığorta bazarının inkişaf dinamikasına həsr olunmuş konfrans keçirilib

Bakıda Azərbaycanın sığorta bazarının inkişaf dinamikasına həsr olunmuş konfrans keçirilib
# 02 oktyabr 2013 13:56 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə «Azərbaycanın sığorta bazarının inkişaf dinamikası – 2003-2013» adlı konfrans keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, konfransda ölkənin sığorta bazarının son 10 il ərzində inkişafı barədə məlumatlar verilib.


Konfransda çıxış edən ASA-nın rəhbəri Orxan Bayramov bu müddət ərzində sığorta bazarının inkişafı barədə məruzə edərək, statistik göstəriciləri qeyd edib. Belə ki, son 10 il ərzində sığorta bazarının həcmi 8,2 dəfə artaraq 341,65 mln. manata, bağlanılan müqavilələrin sayı isə 4 dəfə artaraq 863,4 minə çatıb. Eyni zamanda, sığorta ödənişləri təxminən 14 dəfə artaraq 94,97 mln. manata çatıb. Bu müddət ərzində sığortaçıların məcmu kapitalının həcmi 20 dəfə artaraq 343,44 mln. manat olub.

 

Konfransda həmçinin son 10 ildə bazarı tənzimləyən qanunvericilik aktları barədə də məlumat verilib. Belə ki, bu müddət ərzində «Sığorta fəaliyyəti haqqında», «Sərnişinlərin icbari sığortası haqqında», «Yanğından icbari sığorta haqqında», «Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında», «Auditorların peşə məsuliyyətinin icbari sığortası haqqında», «İcbari sığortalar haqqında», «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək yaradılıb ki, qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunlar qəbul edilərək qüvvəyə minib.

 

Tədbirdə iştirak edən parlamentin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bəyan edib ki, hazırda Azərbaycanda sığorta bazarı üzrə tam təmkin və kamil qanunvericilik bazası mövcuddur. Ümumilikdə, Z.Səmədzadə bildirib ki, son 10 ildə sığorta bazarı sürətlə inkişaf edib. Belə ki, hazırda sığorta haqlarının adambaşına düşən həcmi təxminən 40 manata bərabərdir və bu, məqbul göstərici hesab olunur. Həmçinin, onun fikrincə, 2020-ci ilə qədər bu göstəricinin 120-130 manata çatdırılması mümkündür. Ümumilikdə isə o, yaxın illərdə sığorta haqlarının məcmu həcminin 1 mlrd. manata çatacağını proqnozlaşdırır.


Konfrans çərçivəsində sığorta və təkrarsığorta bazarı, onların müxtəlif sahə və növləri barədə məruzələr dinlənilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR