Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, mayın 26-da Rusiyanın Həştərxan vilayəti Hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelovun ölkəmizə səfəri olacaq.
Səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü baş tutacaq.
Görüş zamanı Rusiyanın Həştərxan vilayətində yerləşən sənaye-istehsal tipli xüsusi iqtisadi zonasına dair geniş məlumat veriləcək.