Bakı. Musa Əhmədov - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.
İSB-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin aprel ayının 5-də Bakı şəhəri, Şəmkir-Gəncə şossesində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvlərinin vəfatı ilə əlaqədar Azərbaycan vətəndaşlarının hər birinə 5 000 manat olmaqla ümumilikdə 10 000 manat məbləğində kompensasiya ödənişi verilib.