Bank Of Baku

Bankir: "Dolların məzənnəsinin fərqi yoxdur, əsas onun sabitliyidir"

Bankir: "Dolların məzənnəsinin fərqi yoxdur, əsas onun sabitliyidir"
# 14 fevral 2017 08:40 (UTC +04:00)

"Dollarla manatın münasibətləri yaxın perspektivdə hazırda müşahidə olunan trend üzrə davam edəcək". "APA-Economics" xəbər verir ki, bunu "Unibank" ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.

 

"Son 1-2 il ərzində istər reytinq agentliklərinin, istər nüfuzlu maliyyə təşkilatlarının, istərsə də digər qurumların məzənnə ilə bağlı proqnozları özünü doğrultmayıb. Hesab edirəm ki, dollarla manat müəyyən sərhəd çərçivəsində hazırda müşahidə olunan trend üzrə münasibətlərini quracaq", - deyə bankir qeyd edib.

 

F. Hüseynov qeyd edib ki, indiki vəziyyətdə bazara dolların sabitliyi lazımdır: "Dolların 1,7 və ya 2 manat olması önəmli deyil. Əsas məsələ dolların stabilliyidir. Bu, xüsusilə biznes üçün zəruridir. Biznes sabitliyi sevir. Dəhliz bəlli olmalıdır ki, investisiya qoyan şəxs də əmin olsun. Mənim şəxsi fikrim budur ki, gələcəkdə idxalın ticarət dövriyyəmizdə payı yüksək olaraq qalacaq. Başqa sözlə, dollar və avronun məzənnəsinin sabitliyi bizim üçün önəmlidir. Bir daha təkrar edirəm ki, dolların məzənnəsi konkret dəhliz çərçivəsində formaslaşmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR