Oktyabr ayında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına banklar tərəfindən ipoteka krediti verilməyib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əvvəlki 5 ayda olduğu kimi avqustda da banklar tərəfindən ipoteka kreditləri verilməyib. Bununla belə, bu ilin I yarısında banklar tərəfindən 1,1 mln. manatlıq ipoteka krediti verilib.
Oktyabr ayında dövlət büdcəsindən AİF-ə 4,6 mln. manat ayrılıb. Bununla da, bu il ərzində dövlət büdcəsindən AİF-ə ayrılan vəsaitin həcmi 41,3 mln. manata çatıb.
Bu ilin oktyabr ayında AİF 0,8 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.
Əvvəlki 9 ayda olduğu kimi oktyabrda da fondun istiqrazları yerləşdirilməyib.
AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin oktyabrın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 882,6 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,70%, aylıq ödəniş isə 295,7 manat təşkil edib.