Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı il martın 1-ə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 8 mlrd. 77,3 mln. manat təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi 144,6 mln. manat və ya 1,82% artıb.
Bununla yanaşı, bu ilin yanvar ayı ilə müqayisədə fevralda əmanətlərin həcmi 566 mln. manat və ya 6,55% azalıb.