2017-ci il dekabr ayının 1-nə banklar tərəfindən 1 mlrd. 700,5 mln. manatlıq qiymətli kağızlar dövriyyəyə buraxılıb.
"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 201,4 mln. manat və ya 11% azdır.
Ümumiyyətlə, ilin əvvəlindən banklar tərəfindən buraxılmış qiymətli kağızların məbləği 4,4 dəfə artıb. Qeyd edək ki, 2017-ci ilin yanvar ayının 1-nə banklar tərəfindən 387,2 mln. manatlıq qiymətli kağız dövriyyəyə buraxılıb.