Bank Of Baku

BƏƏ-dən olan sahibkarlar “Bakı Ağ Şəhər” layihəsinə investisiya qoymağa dəvət alıb

BƏƏ-dən olan sahibkarlar “Bakı Ağ Şəhər” layihəsinə investisiya qoymağa dəvət alıb
# 18 noyabr 2014 15:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansoorinin rəhbərlik etdiyi nümayəndə heyəti "Bakı Ağ Şəhər"də olub.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, "Bakı Ağ Şəhər" layihəsi barədə BƏƏ nümayəndə heyətinə ətraflı məlumat verilib, layihənin "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks Tədbirlər Planı" çərçivəsində həyata keçirildiyi, dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən, ən iri müasir layihələrdən olduğunu qonaqların diqqətinə çatdırılıb.

 

Bildirilib ki, keçmişdə "Qara şəhər" kimi tanınan bu ərazidə yeni inkişaf layihəsinə uyğun olaraq, hazırda beynəlxalq səviyyədə müasir və böyük yaşayış mərkəzi yaradılır, inzibati və kommersiya obyektləri, istirahət və turizm mərkəzləri tikilir, dənizkənarı bulvarın davamı salınır.

 

BƏƏ nümayəndə heyəti "Bakı Ağ Şəhər"də aparılan işlər, landşaft dizaynı və s. ilə tanış olub. "Bakı Ağ Şəhər" layihəsinə investisiya qoyulması imkanları qonaqların diqqətinə çatdırılıb, layihə barədə videoçarx nümayiş olunub.

 

BƏƏ nümayəndə heyəti tərəfindən layihəyə yerli və xarici investorların cəlb edilməsi üçün yaradılan əlverişli şərait yüksək qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR