Bank Of Baku

İki dövlət bankının rəhbəri dəyişib - YENİLƏNİB

İki dövlət bankının rəhbəri dəyişib - <span style="color: red;">YENİLƏNİB
# 08 dekabr 2016 13:42 (UTC +04:00)

"Azər Türk Bank" ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib

 

Bu gün "Azər Türk Bank" ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. Bankdan "APA-Economics"ə verilən məlumata görə, iclasda bankın İdarə Heyətinin tərkibinə dəyişiklik edilib.

 

Belə ki, Müşahidə Şurasının qərarı ilə bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası Orxan Hüseynova həvalə edilib.

 

O. Hüseynov 2007-ci ildən bank sahəsi üzrə fəaliyyət göstərir və ayrı-ayrı banklarda müxtəlif vəzifələrdə çalışıb.


 

*** SAAT 15:47

 

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Elmar Məmmədov vəzifəsindən kənarlaşdırılıb. "APA-Economics"in bank sektorundan əldə etdiyi məlumata görə, müvafiq qərar ABB-nin Müşahidə Şurasının iclasında verilib.

 

Müşahidə Şurasının digər qərarı ilə Xalid Əhədov E. Məmmədovu əvəzləyib. Xatırladaq ki, X. Əhədov dekabrın 2-dən etibarən "Azər Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edib. Bu təyinatadək isə X.Əhədov lisenziyası ləğv olunan "Bank Standard" QSC-nin İdarə Heyətinin sədri olub.


X. Əhədovun yerinə hələlik təyinat yoxdur.

 

Qeyd edək ki, həm ABB, həm də "Azər Türk Bank" dövlət banklarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR