Bank Of Baku

Bəzi qurumların kommunal xidmətlərə görə 1,5 mln. manatdan artıq borcu yaranıb

Bəzi qurumların kommunal xidmətlərə görə 1,5 mln. manatdan artıq borcu yaranıb
# 22 fevral 2016 15:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1823,3 mln. kVt/saat elektrik enerjisindən, 231,3 min Q/kalori istilik enerjisindən, 146,3 mln. kubmetr təbii qazdan istifadə edilib.

 

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü illə müqayisədə istifadə səviyyəsi təbii qaz üzrə 11,3% artıb, istilik enerjisi üzrə 3,5%, elektrik enerjisi üzrə 2,4% azalıb.

 

Büdcə təşkilatları tərəfindən 2015-ci ildə istehlak edilmiş 109,4 mln. manatlıq elektrik enerjisinin 808,0 min manatı, 14,6 mln. manatlıq təbii qazın 622,1 min manatı, 6,3 mln. manatlıq istilik enerjisinin 97,0 min manatı ödənilməyib. Başqa sözlə, dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar istehlak etdiyi enerji, təbii qaz və istilik enerjisi üzrə 1,5 mln. manatlıq borcunu ödəməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR