Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının altıncı emissiyasının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2022-ci ilin noyabrın 6-da icra olunacaq.
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti ötən ilin dekabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 40 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. İndiyədək sözügedən emissiyanın 11 mln. manatı yerləşdirilib.