Bank Of Baku

BFB-də ilk dəfə olaraq səhmlər üzrə market meyker fəaliyyətinə start verilir

BFB-də ilk dəfə olaraq səhmlər üzrə market meyker fəaliyyətinə start verilir
# 26 dekabr 2015 08:31 (UTC +04:00)

 

Bakı. Musa Əhmədov – APA-Economics. Dekabrın 28-dən etibarən Bakı Fond Birjasında (BFB) ilk dəfə olaraq səhmlər üzrə market meyker fəaliyyətinə start verilir.

 

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə BFB ilə birja üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC arasında market meyker müqaviləsi imzalanıb. Beləliklə, “AzFinance İnvestisiya Şirkəti” BFB-də səhmlər üzrə ilk market meyker təyin edilib.

 

Şirkətlə razılaşmaya əsasən, ilkin olaraq market meyker fəaliyyəti “Holcim Azərbaycan” ASC-nin səhmləri üzrə həyata keçiriləcək. Eyni zamanda, BFB tərəfindən market meykerin digər səhm buraxılışları üzrə likvidliyin təmin olunması müraciətinə baxılır.

 

Market meyker qeyd olunmuş qiymətli kağızlar üzrə 15 000 manat həcmində BFB-də gündəlik alış və satış öhdəliyi daşıyır. Alış və satış qiymətləri arasında qiymətlər dəhlizi (spredi) 5% təşkil edir.

 

Xatırladaq ki, BFB-də istiqrazlar üzrə fəaliyyət göstərən market meykerlər də daxil olmaqla, bazarda hazırda  3 market meyker institutu fəaliyyət göstərir.

 

BFB-də market meyker insitutunun yaradılması və təşviqi bazarda rəqabətli qiymətlərin formalaşması və likvidliyin artırılması məqsədi daşıyır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR