Bank Of Baku

Bir qrup gömrük əməkdaşı Gömrükçü Andı içib

Bir qrup gömrük əməkdaşı Gömrükçü Andı içib
# 10 may 2018 11:00 (UTC +04:00)

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-cü ildönümü tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) inzibati binasının qarşısında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.

 

"APA-Economics"in məlumatına görə, andiçmə mərasimində çıxış edən DGK sədri Səfər Mehdiyev bildirib ki, bu gün Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum günü qeyd edilir: "Ulu öndər dövlətin qurulmasında, müstəqil Azərbaycan Respublikasının formalaşmasında, Azərbaycanın daxili və beynəlxalq aləmində tanınmasında mühüm rol oynayıb. Heydər Əliyevin uzaqgörən qərarları nəticəsində bu gün gömrük xidməti iqtisadi təhlükəsizliyin keşiyində duran və müasir tələblərə cavab verə biləcək bir orqana çevrilib,"- deyə S Mehdiyev bildirib.

 

Komitə sədri qeyd edib ki, bu gün Heydər Əliyev siyasəti Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Ölkə başçısının gömrük orqanında bizə göstərdiyi dəstək sahəsində Azərbaycan gömrüyü özünə məxsus yerə sahibdir. Gömrükçülər Heydər Əliyev siyasətinə, dövlətə sadiq olduqlarını sübut etməklə, Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər. Gömrük qanunvericiliyinə prinsip və əməllərinə vicdanla əməl edəcəyinizə inanıram".

 

Sonra bir qrup gömrük əməkdaşı Gömrükçü Andı içib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR