Bank Of Baku

BRICS ölkələri SWIFT-in analoqunu yaradır

BRICS ölkələri SWIFT-in analoqunu yaradır
# 17 iyun 2015 12:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) SWIFT ödəniş sisteminin oxşarının yaratmaqla bağlı məsləhətləşmələrə başlayıb. 

 

"APA-Economics" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

 

"Əsas məqsədimiz bizə böyük həcmdə müstəqillik verən sistemin yaradılmasıdır. Sistem bu sahədə əsassız qərarlardan yaranan riskləri minimuma endirmək üçün yaradılır”, - deyə nazir müavini bildirib.    

 

Onun sözlərinə görə, hazırda layihənin reallaşdırılması ilkin mərhələdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR