Bank Of Baku

Bu il 6 BOKT-un lisenziyası ləğv olunub

Bu il 6 BOKT-un lisenziyası ləğv olunub
# 04 may 2018 15:05 (UTC +04:00)

2018-ci il aprelin 1-ə Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 117 olub.

 

APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, ilin əvvəlindən heç bir BOKT lisenziya almasa da, lisenziyası ləğv olunanların sayı 6 olub.  

 

Məlumatda qeyd olunub ki, aprelin 1-nə dövlət BOKT-nın sayı 1, özəl BOKT-ın sayı 116 olub.

 

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən BOKT-ın 166 filialı var ki, bu filiallarda 2085 nəfər çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR