Bank Of Baku

Bu il Azərbaycanda işsizlik müavinətinin orta məbləği 288,5 manat olub

Bu il Azərbaycanda işsizlik müavinətinin orta məbləği 288,5 manat olub
# 14 dekabr 2017 12:44 (UTC +04:00)

Bu il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5073,2 min nəfər olub, onlardan 4821,8 min nəfərini məşğul əhali təşkil edib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu il noyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1517,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 878,1 min nəfər, qeyri-dövlət sektorunda isə 639,7 min nəfər təşkil edib.

 

İqtisadiyyatın neft sektorunda 34,2 min nəfər, qeyri-neft sektorunda isə 1483,6 min nəfər çalışıb.

 

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,9%-i emal sənayesində, 6,6%-i tikintidə, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2%-i mədənçıxarma sənayesində, 2,1%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

 

Xidmət sahəsində işləyənlərin 21,8%-i təhsil, 19,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i istirahət, əyləncə və incəsənət, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6%-i informasiya və rabitə, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

 

Bu ilin yanvar-oktyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 152,7 saat təşkil edib. Bu il dekabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,9 min nəfər olub, onların 36,8%-ni qadınlar təşkil edib. İşsizlik müavinətinin orta məbləği 288,5 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR