Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi tərəfindən bu ilin yanvar-fevral aylarında dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 119,486 mln. manat təşkil edib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu məbləğdən 41,3% mənfəət vergisi, 24% əlavə dəyər vergisi, 11,4% fiziki şəxslərin gəlir vergisi, 7,8% aksizlər, 15,5% isə digər vergilərin payına düşür. İlk iki ayda vergilərin 554,120 mln. manatı və ya 49,5%-i büdcəyə qeyri-neft sektoru üzrə daxil olub.
Yanvar-fevral ayında Azərbaycanda 16 203 vergi ödəyicisi qeydiyyata alınıb, 2011-ci il iyulun 1-dən isə cari ilin martın 1-dək 66 085 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib.
Martın 1-i vəziyyətinə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 496 128 olub, təkcə bu ilin ilk iki ayı ərzində ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi isə 91,7% təşkil edib.