Bank Of Baku

Bu il Azərbaycanın 19 mlrd. dollarlıq xarici ticarət əməliyyatı həyata keçirib

Bu il Azərbaycanın 19 mlrd. dollarlıq xarici ticarət əməliyyatı həyata keçirib
# 21 dekabr 2015 13:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 18 815 373,24 min ABŞ dolları təşkil edib.

 

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 34,73% azdır.

 

Bu ilin on bir ayında idxal əməliyyatları 8 196 177,79 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1,03% çoxdur.

 

Belə ki, bu ilin yanvar-noyabr aylarında ölkənin ixrac əməliyyatları üzrə 10 619 195,45 min dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 48,73% azdır.

 

Nəticədə 2 423 017,66 min dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR