Bank Of Baku

Bu il DGK xətti ilə dövlət büdcəsinə 2 mlrd. manatdan çox vəsait daxil olub

Bu il DGK xətti ilə dövlət büdcəsinə 2 mlrd. manatdan çox vəsait daxil olub
# 16 dekabr 2016 07:22 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 mlrd. 56 mln. 660,31 min manat daxil olub.

 

"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 665 mln. 558,57 min manat və ya 47,84% artıb.

 

Yanvar-noyabr ayları ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar  546 mln. 644,77 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 366 mln. 905,12 min manat, aksizlər üzrə 86 mln. 558,76 min manat, yol vergisi üzrə isə 56 mln. 551,66 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR