Bank Of Baku

Bu il əhali kreditlər üzrə faizlərə 781 mln. manat xərcləyib

Bu il əhali kreditlər üzrə faizlərə 781 mln. manat xərcləyib
# 14 dekabr 2017 12:37 (UTC +04:00)

2017-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 43 mlrd. 389,9 mln. manata çatıb.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4459,1 manat təşkil edib.

 

Bu dövr ərzində gəlirlərin 84,8%-i (36 mlrd. 794,6 mln. manat) son istehlak xərclərinə, 8,5%-i (3 mlrd. 688,1 mln. manat) vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (781,018 mln. manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,9%-i (2 mlrd. 216,1 mln. manat) isə yığıma yönəldilib.


Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 39 mlrd. 692,4 mln. manatlıq vəsait qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR