“APA-Economics”in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyin konsulu Rıza Kağan Yılmaz bildirib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın hədəfi ticarət dövriyyəsini 10 mlrd. dollara çatdırmaqdır: “Hər iki ölkədən investisiyaların həcmi 10 mlrd. dollardan artıqdır. Yaxın dövrdə bu göstərici artacaq. Çünki SOCAR Türkiyədə böyük işlər görür. Hazırda Türkiyə Azərbaycanla birgə TANAP, Bakı-Tiflis-Qars dəmir yolu layihələrini həyata keçirir. Bu da əsas verir ki, investisiyaların həcmi yüksəlsin”.
R.K.Yılmaz qeyd edib ki, hazırda Azərbaycanın 1000 şirkəti Türkiyədə qeydiyyatdan keçib: “Azərbaycanda da 1000 türk şirkəti fəaliyyət göstərir. Onlar orada böyük işlər görür və iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsinə töhfələr verirlər”.