Bank Of Baku

Bu il Ukrayna Azərbaycan neftinin nəqlini 19% artırıb

Bu il Ukrayna Azərbaycan neftinin nəqlini 19% artırıb
# 08 may 2018 09:59 (UTC +04:00)

Bu ilin aprel ayında “Odessa-Kremençuq” neft boru kəməri ilə Kremençuq neft emalı zavodu üçün 60,6 min ton Azərbaycan neft nəql edilib.

 

APA-Economics”in Ukraynanın “Enkorr” nəşrinə istinadən verdiyi məlumata görə, ilin əvvəlindən daxili istehlak üçün magistral neft boru kəmərləri ilə 666,4 min ton neft nəql edilib ki, bunun da 231 min tonu “AzeriLight” markalı neft təşkil edib. Bu isə 2017-ci ilin ilk dörd ayı ilə müqayisədə 19,3% çoxdur.  

 

Ümumilikdə isə aprel ayında Ukraynanın magistral neft boru kəmərləri sistemi ilə tranzitin həcmi 15,4% azalaraq 798,05 min ton təşkil edib. Aprel ayında tranzitin azalması Macatrıstanın MOL şirkətinə məxsus Saxxalombatta şəhərindəki neft emalı zavodunda profilaktik təmirlə bağlıdır.

 

2018-ci ilin 4 ayında ölkə üzrə tranzit 4,023 mln. ton olub ki, bu da 2017-ci ilin analoji dövrü ilə olan göstəricilərlə müqayisədə 9,3 faiz azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR