Bakı - APA-Economics. Bu ilin 10 ayında ölkə iqtisadiyyatında 49,2 mlrd. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istehsal olunan ÜDM-in həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,8% artıb.
Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4% artıb, neft-qaz hasilatı və emalı sahələrində isə 1,8% azalıb.
ÜDM-in 61,1%-i istehsal sahələrində, o cümlədən 43,6%-i sənayedə, 12,3%-i tikintidə, 5,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 31,7%-i isə xidmət sahələrinin payına düşüb.
Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,6%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,1%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5%-i informasiya və rabitə xidmətləri sahələrində, 48,4%-i isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2%-ni təşkil edib.