Bank Of Baku

Bu ilin yanvar-aprel aylarında sənayedə 9 mlrd. manata yaxın məhsul istehsal olunub

Bu ilin yanvar-aprel aylarında sənayedə 9 mlrd. manata yaxın məhsul istehsal olunub
# 15 may 2015 14:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-aprel aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 8,5 mlrd. manatlıq məhsul istehsal olunaraq 3,7%-lik artım qeydə alınıb.

 

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-aprel aylarının səviyyəsini 10,5%, neft-qaz sektorunda isə 2,9% üstələyib.

 

Sənaye məhsulunun 62,3%-i istehsal olunmuş mədənçıxarma bölməsində 14,2 mln. ton neft, 6,8 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

 

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 28,5%-ni təşkil edib, qida, geyim, kağız və karton, poliqrafiya, neft məhsullarının, kimya, rezin və plastmas məmulatların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilib.

 

İstehsal edilmiş sənaye məhsulunun 8,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,9%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

 

Ümumi sənaye istehsalının 88%-i malların (əmtəələrin), 12%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 75,2%-i özəl bölmədə istehsal olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR