Bank Of Baku

BVF: Azərbaycan hökuməti biznes mühitinin yaxşılaşdırılması istiqamətində işləri gücləndirməlidir

BVF: Azərbaycan hökuməti biznes mühitinin yaxşılaşdırılması istiqamətində işləri gücləndirməlidir
# 12 mart 2013 09:09 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu Bakıda səfərdə olan BFV-nin missiyasının rəhbəri Raca Almarzoqi bəyan edib.

 

R.Almarzoqinin sözlərinə görə, bu il Azərbaycanda 4,5%-lik iqtisadi artım, o cümlədən qeyri-neft sektorunda 9% artım, neft sektorunda isə 1,9% azalma gözlənilir.

 

R.Almarzoqi vurğulayıb ki, biznes mühitinin yaxşılaşdırılması qeyri-neft sənayesi və istehsalatına müsbət təsir edəcək və bunun nəticəsində qeyri-neft sahəsinin inkişafı indiki kimi əsasən dövlət xərcləri hesabına formalaşmayacaq. BFV ekspertlərinin fikrincə, dövlət xərclərinin aşağı salınması, vergi qanunvericiliyinə bu yaxınlarda edilmiş düzəlişlərlə bağlı vergidən yayınma hallarına qarşı ehtiyat tədbirlərinin görülməsi özəl sektorun öz qüvvəsi ilə inkişaf etməsinə təkan verməklə yanaşı, fiskal sahənin zəif cəhətlərini tədricən aradan qaldıracaq.

 

R.Almarzoqi bəyan edib ki, neftin hasil ediləcəyi müddətin nisbətən qısa olması Azərbaycan hökumətinin 2020-ci ilədək ölkə iqtisadiyyatıni özəl sektorun aparıcı qüvvəsinə əsaslanan, davamlı və hərtərəfli artımla səciyyələnən, yüksək rəqabət qabiliyyətli iqtisadiyyata çevirmək məqsədinə doğru sürətlə irəliləməyi tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR