Bakı. Musa Əhmədov - APA-Economics. İcbari Sığorta Bürosu tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.
Bürodan “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvarın 4-də saat 09:10 radələrində, Cəlilabad rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ailə üzvünün ölümü, iki nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması ilə əlaqədar Azərbaycan vətəndaşlarına bir ölüm halına görə 5000 manat, xəsarətlərə görə 1500 manat və 750 manat məbləğində kompensasiya ödənişləri verilib.
Kompensasiya iyunun 17-də poçt vasitəsilə köçürülüb.