Bank Of Baku

Çin dünyanın ən iri bank sisteminə malikdir

Çin dünyanın ən iri bank sisteminə malikdir
# 06 mart 2017 07:42 (UTC +04:00)

Çinin bank sistemi ilk dəfə olaraq Avrozonanın bank sistemini qabaqlayaraq dünyanın ən nəhəngi adını qazanıb. "APA-Economics" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti öz hesablamalarına istinadən yazır.

 

Qəzetin iddiasına görə, bu, 2016-cı ilin sonunda üstələdiyi vaxt baş verib. Halbuki Çin iqtisadiyyatı Avrozonanın ÜDM-ni hələ 2011-ci ildə üstələyib. Bildirilir ki, 2016-cı ilin sonuna Çinin bank sektorunun aktivləri 33 trln. dollar təşkil edib ki, bu da Avrozonanın müvafiq göstəricisindən 2 trln. dollar çoxdur. Qeyd edək ki, ABŞ banklarının məcmu aktivlərinin həcmi 16 trln. dollardır.

 

Əlavə edək ki, Çinin bank sektorunun aktivləri ÜDM-dən 3,1 dəfə çoxdur. Avrozonada bu göstərici 2,8 təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR