Bank Of Baku

Corctaun Universitetinin professoru İİTKM-də mühazirə oxuyub

Corctaun Universitetinin professoru İİTKM-də mühazirə oxuyub
# 22 aprel 2017 10:54 (UTC +04:00)

ABŞ-ın Corctaun Universitetinin professoru Sam Potolicchio İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Təsir, əminetmə və ictimai nitq" mövzusunda seminar keçirib.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, professor bildirib ki, ictimai nitq istənilən sahədə, eləcə də istənilən yaşda olan insan üçün çox vacib amildir. Xüsusi ilə fikrini düzgün və aydın ifadə etmək, auditoriyanı ələ almaq, çıxışını daha düzgün və maraqlı qurmaq, ətrafındakı insanları inandırmaq birbaşa olaraq nitqin düzgün qurulması ilə əlaqəlidir. Professorun fikrincə, karyerasında uğur əldə etmiş və nüfuzlu şəxslərin əksəriyyəti böyük natiqlərdir.

 

"Meet-up" formatında keçirilən seminarda auditoriyanın müəyyən edilməsi, nitqin bunun üzərində qurulması və digər sahələr üzrə müzakirələr aparılıb.

 

Qeyd edək ki, S.Potolicchio ABŞ-ın Corctaun Universitetinin Qlobal Səfər Tələbə Proqramının akademik rəhbəridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR