Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Turanbank» ASC oktyabrın 5-10-da Müəllimlər Günü münasibətilə təhsil sahəsinin işçiləri üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.
Kredit faizlərində endirim «Turanbank»ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.