Bank Of Baku

Daha bir reytinq agentliyi ARDNŞ-in valyuta istiqrazlarına reytinq verib

Daha bir reytinq agentliyi ARDNŞ-in valyuta istiqrazlarına reytinq verib
# 15 mart 2013 09:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Standard & Poor’s» beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) avrobondlarına «BB+» səviyyəsində reytinq verib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Agentliyin rəsmi məlumatında göstərilir.

 

Buraxılışın həcmi 1 mlrd. dollar, tədavül müddəti 10 il, gəlirliyi isə illik 4,75% təşkil edir.

 

Bir neçə gün əvvəl isə «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin ABŞ dollarlarında nominal olunan təmin edilməmiş istiqrazlarının buraxılışına «BBB-» səviyyəsində yekun reytinq verib.

 

Qeyd edək ki, istiqrazların yerləşdirilməsindən əldə olunan vəsaitlər əsasən neft hasilatının artırılması üzrə işlərin həyata keçirməsinə yönəldilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR