"Başak-İnam Sığorta Şirkəti" ASC lisenziyasının ləğv edilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət edib. "APA-Economics" xəbər verir ki, bu barədə Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
Onun sözlərinə görə, sığorta şirkətinin bağlanmasına artıq razılıq verilib.