"Rəvan Sığorta" ASC-də kadr dəyişikliyi olub.
"APA-Economics" xəbər verir ki, şirkətin Direktorlar Şurasının üzvü Samir Hüseynov işdən çıxarılıb. Onu Samir Mircəfərov əvəzləyib.
Bununla yanaşı, şirkətin Təftiş Komissiyası formalaşıb. Komissiyanın sədri vəzifəsinə Aləmşad Əliyev, üzvləri isə Əli Əliyev və Mail Nuriyev təyin olunublar.