Britaniya Virgin adalarının “Caspian Modular Buildings LTD.” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edir.
“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, müəssisəyə debitor və kreditor borcu olanlar elanın dərcindən sonrakı iki ay ərzində tələblərini Bakı şəhəri, Səbayıl rayonu, Rəşid Behbudov küçəsi, ev 8, mənzil 1/9 ünvanına müraciət edə bilərlər.
Bundan başqa, “Airbus DS Geo Hungary LTD.” şirkətinin Azərbaycandakı filialı şirkətin 10 iyul 2017-ci il tarixli qərarı əsasında fəaliyyətinə xitam verdiyini və bununla əlaqədar Azərbaycanda dövlət qeydiyyatının təsviyyəsini elan edir.
Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami, ev 90A ünvanına bildirə bilərlər.