Bank Of Baku

Daşınmaz əmlakın icbari sığortasından daxilolmalar azalıb

Daşınmaz əmlakın icbari sığortasından daxilolmalar azalıb
# 10 fevral 2017 06:44 (UTC +04:00)

Bu ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə 7 535 sığorta müqaviləsi bağlanıb.

 

İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 2,6 mln. manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 69,7%-i yaşayış evləri və mənzillər, 0,4% -i inzibati binalar, 29,9%-i isə digər daşınmaz əmlakla bağlı olub.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 43% artım, sığorta haqlarının məbləğində isə 55% faiz azalma müşahidə edilib.

 

Yanvarda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 557, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 6 sığorta müqaviləsi bağlanılıb.

Qeyd edək ki, hal-hazırda daşınmaz əmlakın icbari sığorta növü üzrə 13 sığorta şirkəti fəaliyyət  göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR