Bank Of Baku

DGK 37 mobil telefon və külli miqdarda siqaret müsadirə edib

DGK 37 mobil telefon və külli miqdarda siqaret müsadirə edib
# 31 mart 2017 08:27 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin sağ və sol qapılarının altında xüsusi düzəldilmiş saxlanc yerindən aksessuarları ilə birlikdə üzərində "X-BO V3+" yazısı olan 34 ədəd mobil telefonlar, avtomobilin altından və sağ qanadının altından 20 ədəd mobil telefon qutusu, 20 ədəd qidalandırıcı başlıq, 20 ədəd qulaqcıq, 20 ədəd USB kabel, 20 ədəd batareya, 20 ədəd mobil telefon üzlüyü, salonundan isə 1 ədəd "Samsung Galaxy A3", 2 ədəd "Samsung Galaxy J3" və üzərində Azərbaycanın aksiz markası olmayan 8 min ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR