Bank Of Baku

DGK: Rusiyadan Azərbaycana 450 baş tutuquşu keçirmək istəyən şəxs saxlanıb

DGK: Rusiyadan Azərbaycana 450 baş tutuquşu keçirmək istəyən şəxs saxlanıb
# 18 fevral 2016 06:29 (UTC +04:00)

Bakı - APA-Economics. Fevralın 17-də bəzi kütləvi informasiya vasitələri rusiyalı həmkarlarına istinadən Azərbaycan ərazisindən Rusiyaya 380 ədəd tutuquşu keçirilməsi və quşların Rusiya gömrük xidmətinin “Yaraq-Qazmalar” gömrük keçid məntəqəsində aşkar olunması barədə həqiqətə uyğun olmayan məlumat yayıb. Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Komitədən bildirilib ki, sözügedən 380 ədəd yox, 450 baş tutuquşu məlumatda deyildiyi kimi Rusiya ərazisində deyil, Azərbaycan gömrükçüləri tərəfindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycan vətəndaşı Vəliyev Mübariz Əsgər oğlundan aşkar olunub: "Həmçinin onu da diqqətə çatdırırıq ki, Azərbaycan vətəndaşı Mübariz Vəliyev həmin quşları Rusiyadan Azərbaycana gətirmək istəyərkən “Samur” gömrük postunda saxlanılıb".

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR