Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 16 mlrd. 31 mln. 631,91 min ABŞ dolları təşkil edib.
"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 20,20% azdır.
Ötən 11 ay ərzində idxal əməliyyatları 7 mlrd. 716 mln. 723,78 min dollar olub ki, bu da 2015-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 6% azdır.
Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 8 mlrd. 314 mln. 908,13 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 30,02% azdır.
Nəticədə 598 mln. 184,35 min dollar məbləğində müsbət saldo yaranıb.