Dövlət Gömrük Komitəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında anlaşma memorandumu imzalanıb.
"APA-Economics" xəbər verir ki, anlaşma memorandumunda hər iki qurum arasında ölkəyə idxal və ixrac olunan mal nümunələrinin ekspertizasının nəticələri barədə məlumat mübadiləsi, qarşılıqlı təcrübələrin aparılması nəzərdə tutulub.
Həmçinin, əldə edilmiş razılığa görə, hər iki qurum arasında qida təhlükəsizliyi ilə bağlı birgə seminarlar da təşkil ediləcək.