Bank Of Baku

DGK sədri Ağsuda vətəndaşları qəbul edib

DGK sədri Ağsuda vətəndaşları qəbul edib
# 28 aprel 2017 10:38 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Ağsu şəhərindəki Gənclər Mərkəzində vətəndaşları qəbul edib.


DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

 

Qəbul zamanı A. Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR