Bank Of Baku

DGK sədri ÜGT Siyasi Komissiyasının sessiyasında iştirak edir

DGK sədri ÜGT Siyasi Komissiyasının sessiyasında iştirak edir
# 05 dekabr 2016 14:38 (UTC +04:00)

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Siyasi Komissiyasının 76-cı sessiyası işinə başlayıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə Azərbaycanı DGK sədri Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

 

Sessiyanın açılış mərasimində Rusiyanın baş nazirinin birinci müavini İqor Şuvalov iştirak edib. İ. Şuvalov sessiya iştirakçılarını salamlayaraq, onlara səmərəli və məhsuldar iş arzulayıb. Baş nazirin birinci müavini əmin olduğunu bildirib ki, ÜGT Siyasi Komissiyasının 76-cı sessiyası qarşıya qoyulan məqsədlərə çatacaq, eləcə də gömrük əməkdaşlığının möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.

Tədbirin gündəliyi qəbul edildikdən sonra ÜGT Şurasının sədri Ruslan Davıdovun qeydləri və təşkilatın baş katibi Kunio Mikuriyanın Strateji Planın həyata keçirilməsi üzrə hesabatı dinlənilib.

 

Sonra DGK sədri çıxış edərək sessiyanın yüksək səviyyədə təşkilinə görə Rusiya hökuməti və ÜGT-nin rəhbərliyinə təşəkkürünü bildirib.

Rusiya ilə Azərbaycan arasında gömrük sahəsində münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan A. Əliyev DGK-nin beynəlxalq və regional səviyyədə əməkdaşlıq əlaqələri, gömrük hüquqpozmaları və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri barədə də məlumat verib, eyni zamanda, 2010-cu ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gələn Rusiya prezidenti Dmitri Medvedevə Rusiyadan qanunsuz çıxarılmasına cəhd göstərilmiş və Azərbaycan gömrükçüləri tərəfindən saxlanılaraq müsadirə olunmuş XIX əsrə məxsus 5 ədəd ikonanın təqdim edilməsini məmnunluqla xatırladıb.

Daha sonra A. Əliyev Azərbaycan gömrükçüləri tərəfindən saxlanılaraq müsadirə edilən ən nadir sənət incilərinin, o cümlədən Rusiya rəhbərliyinə təqdim olunan ikonaların da əks olunduğu "Gömrük muzeyinin xəzinəsi poçt markalarında" adlı nəşri İ. Şuvalova hədiyyə edib.

Qeyd edək ki, ÜGT Siyasi Komissiyasının 76-cı sessiyası dekabrın 7-dək davam edəcək.

Sessiyada İqtisadi Rəqabət Paketi və Gəlirlər Paketinin III mərhələsi üzrə Fəaliyyət Planları, Özəl Sektor üzrə Məşvərət Qrupunun görüşünün nəticələri, Potensialın Gücləndirilməsi, Uyğunluq və Nəzarət, həmçinin Rəqəmsal Gömrük üzrə hesabatlar iştirakçıların diqqətinə təqdim olunacaq.

 

Bununla yanaşı, sessiyada elektron kommersiya, ticarətin sadələşdirilməsi, təhlükəsizlik üzrə təşəbbüs, fəaliyyətin qiymətləndirilməsi, gömrük-vergi əməkdaşlığı və qanunsuz maliyyə axınlarına qarşı mübarizəyə dair məsələlər müzakirə ediləcək.

 

Sessiyada Harmonik Sistem üzrə Komitənin qərarlarına dair qeyd-şərtlər, 2016-2018-ci illər üçün Strateji Plan, 2017-2018-ci maliyyə ili üçün büdcə Proqramı, ÜGT-nin regional qurumlarının statusu ilə bağlı müzakirələr də aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR