Bank Of Baku

DGK və AİB arasında "Avtomatlaşdırılmış gömrük tranzit sistemi" ilə bağlı müzakirələr aparılır

DGK və AİB arasında "Avtomatlaşdırılmış gömrük tranzit sistemi" ilə bağlı müzakirələr aparılır
# 31 mart 2017 15:41 (UTC +04:00)

Asiya İnkişaf Bankının risklərin idarə olunması və gömrük-məlumat mübadiləsi üzrə mütəxəssisləri Bakıda səfərdədir.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, martın 30-dan başlanan səfər Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində Asiya İnkişaf Bankı tərəfindən təşkil olunub. Məqsəd "Avtomatlaşdırılmış gömrük tranzit sistemi" pilot layihəsində Azərbaycan, Gürcüstan və Qazaxıstanın iştirakı ilə bağlı müzakirələr aparmaqdır.

 

Ekspert qrupuna daxil olan mütəxəssislər - Nayjel Mur və Vibon Çaojirapant artıq səfərin ilk günü Azərbaycan  DGK-da görüşlər keçiriblər. Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi və Xarici Əlaqələr İdarəsində təşkil olunan görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.

 

AİB-nin ekspertləri DGK-da "Hədəf" Mərkəzinə də baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar.

 

Qeyd edək ki, "Avtomatlaşdırılmış gömrük tranzit sistemi" pilot layihəsi CAREC regionunda hərtərəfli regional tranzit zəmanət sxemi qismində malların hərəkətini asanlaşdırmaq məqsədi daşıyır. Asiya İnkişaf Bankının mütəxəssislərinin Azərbaycana səfəri aprelin 3-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR