Ləğv prosesində olan Dövlət Enerji Nəzarəti və Dövlət Qaz Nəzarəti İdarələri debitor və kreditorlarına müraciət edib.
“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışa istinadən xəbər verir ki, Energetika Nazirliyi tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə Energetika Nazirliyinin 01.01.2018-ci il tarixli əmri ilə yaradılan ləğvetmə komissiyasının debitorların və kreditorların nəzərinə çatdırır ki, ləğvetmə ilə əlaqədar məsələlərlə bağlı müraciətlərə iki ay ərzində baxılacaq.
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri təqdim etməlidirlər.