Bank Of Baku

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları bir ildə cüzi azalıb

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları bir ildə cüzi azalıb
# 11 noyabr 2014 10:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 121 mln. 919,48 min manat təşkil edib.

 

DGK-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,62% azdır. Ötən sentyabr ayı ilə müqayisədə isə büdcə daxilolmaları 8,7% azalıb.

 

Hesabat ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 17 mln. 129,62 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 99 mln. 250,63 min. manat, aksizlər üzrə 4 mln. 60,94 min manat manat, yol vergisi üzrə isə 1 mln. 478,29 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR