Bank Of Baku

Dövlət Neft Fondunun aktivləri 2% artıb

Dövlət Neft Fondunun aktivləri 2% artıb
# 20 aprel 2016 14:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics.  Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumat açıqlanıb.

 

Fonddan “APA-Economics”ə verilən məlumata görə, 2016-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 2 023,1 mln. manat, büdcə xərcləri isə 1 946,7 mln. manat təşkil edib.

 

2016-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 874,3 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 869,8 mln. manat, bonus ödənişləri 0,1 mln. manat və tranzit gəlirləri 4,4 mln. manat təşkil edib.

 

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 148,8 mln. manata bərabər olub.

 

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 354,1 mln. manat təşkil edib.

 

Hesabat dövrü ərzində, ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 660,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 26,5 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 6,3 mln. manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 2,4 mln. manat vəsait ayrılıb. 5 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 241,9 mln. manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 4,6 mln. manat təşkil edib.

 

2016-cı il aprelin 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 mln. ABŞ dolları) nisbətən 2% artaraq 34 246,0 mln. ABŞ dollarına bərabər olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR