Bakı. Şəhriyar Əlizadə - APA. Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Bakı Sərnişinnəqliyyat” MMC-ni məhkəməyə verib.
APA-nın məlumatına görə, DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamenti pul və sair tələblərin ödənilməsi barədə iddia ilə 1 saylı Bakı Yerli İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qətnamədən apelyasiya şikayəti verilib.
Bakı Apelyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı təmin edib.