Bank Of Baku

Dövlət Statistika Komitəsində Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

Dövlət Statistika Komitəsində Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
# 03 noyabr 2014 15:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Dünya Bankının Nəqliyyat və İKT üzrə Qlobal Təcrübəsinin Əməliyyatlar üzrə baş mütəxəssisi Sandra Sargentin və Qlobal Təcrübənin məsləhətçisi Yeganə Bayramova iştirak ediblər.

 

Y. Yusifov Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasındakı qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirdiyini bildirib. Öz növbəsində S. Sargentin bu iki təşkilat arasında münasibətlərin uğurlu inkişafından məmnun olduğunu söyləyib.

 

Görüşün əsas məqsədi Azərbaycanda İT və İT ilə işləyən sənaye mühitinin, eləcə də İT bacarıqlarının qısa zamanda qiymətləndirilməsinin aparılmasının müzakirəsi olub. S. Sargentin bildirib ki, qısa qiymətləndirmə Dünya Bankının “McKinsey” şirkəti ilə birgə hazırladığı Məkan Hazırlığı İndeksi (LRI) meyarına əsaslancaq. Bu indekslər sorğulara verilən cavablar, müsahibələr nəticəsində əldə olunan informasiya və ictimaiyyətə açıq olan ikinci dərəcəli məlumatlar əsasında müəyyən ediləcək.

 

Y. Bayramova isə qeyd edib ki, bu fəaliyyətin əsas nəticəsi hazırda mövcud olan imkanların qısa qiymətləndirilməsindən ibarət olacaq ki, bu da İT/İT ES sənayesində mövcud olan imkan və əngəllərin müəyyənləşdirilməsi üçün əsas rol oynayacaq. Bildirilib ki, qiymətləndirmə İT/İTES sənayesinin inkişafı üçün əlverişli mühitin qiymətləndirilməsi və peşə təhsili də daxil olmaqla bacarıqlar üzrə tələbat və təkliflərin nəzərdən keçirilməsini əhatə edəcək.

 

Y. Yusifov S. Sargentin missiya zamanı zəruri materiallarla tanış olması üçün heç bir məhdudiyyətin olmayacağını və ölkə qanunvericiliyinə uyğun olaraq, istənilən zaman məlumat mübadiləsi apara biləcəyini qeyd edib.

 

Sonda Dünya Bankının nümayəndəsi S. Sargentin Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR